"Heç vaxt qucaqlarda oturmamışam"

6 Avqust 2020 11:24 (UTC+04:00)

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə ünvanına yazılan şərhlərə cavab verib. SİA-nın məlumatına görə, müğənni ünvanına yazılan tənqidlərdən birinə "Heç vaxt qucaqlarda oturmamışam. Amma sənin kimilərin qucağına yox, elə başına daş salmışam" cavabını verib.

İfaçı daha sonra karantindən bəhs edib və efirlərə çıxmamasının səbəbini açıqlayıb: "Azərbaycandan qaçmışam. İndi havalar çox istidir, bir az keçsin efirlərə çıxacam.

Bu günlər tez qurtarar, İnşallah. Stresdən danışmayın, Allah tezliklə gözəl günləri bizə yenidən qismət edəcək. Bu pandemiya dünyamızı qaraltdı. İnşallah, tez çıxıb gedər. Pis günün ömrü az olar, gözəl günlərdə görüşərik".