Bakının Nizami rayonunda motosiklet piyadanı vurub

6 Avqust 2020 00:29 (UTC+04:00)

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə 8-ci kilometr bazarının qarşısında baş verib.

1976-cı il təvəllüdlü Məmmədov Elşən Mikayıl oğlunu motosiklet vurub. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.