“Qalatasaray” klubu sabiq futbolçusu Arda Turanın keçidini rəsmiləşdirib

5 Avqust 2020 22:36 (UTC+04:00)

Türkiyənin “Qalatasaray” klubu transfer çalışmalarını davam etdirir.

SİA xəbər verir ki, İstanbul təmsilçisi sabiq futbolçusu Arda Turanın keçidini rəsmiləşdirib.

Son klubu “Başakşəhər” olan Turanla 1+1 illik müqavilə imzalanıb. Futbolçu “sarı-qırmızılar”ın heyətində 66 nömrəli forma ilə çıxış edəcək. O, hər oyun üçün 200 min Türkiyə lirəsi qazanacaq.

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi 2004-11-ci illərdə də “Qalatasaray”da oynayıb.