Lukaşenkodan Putini qıcıqlandıracaq şok addım

5 Avqust 2020 21:18 (UTC+04:00)

Ukrayna və Belarus prezidentləri – Vladimir Zelenski və Aleksandr Lukaşenko Belarusda saxlanılan Donbas münaqişəsinin iştirakçılarının ekstradisiyası məsələsini müzakirə ediblər. SİA xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, dövlət başçıları “Vaqner” özəl hərbi şirkətinə məxsus bir qrup hərbçinin iyulun sonunda Belarus ərazisində saxlanması ilə bağlı məsələləri ətraflı müzakirə ediblər.

“İki dövlətin səlahiyyətli orqanlarının, xüsusən də dövlətimizin ərazisində terror fəaliyyətində şübhəli bilinən şəxslərin Ukraynaya verilməsi kontekstində daha səmərəli və qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub”, - məlumatda vurğulanıb.

Xatırladaq ki, ötən həftə Belarusda Rusiyaya bağlı “Vaqner” qrupuna bağlı 33 rus hərbçi saxlanılıb.