Masallı şəhərinin 18 küçəsi asfaltlanır

5 Avqust 2020 18:32 (UTC+04:00)

Pandemiya dövrünün çətinliklərinə baxmayaraq Masallı şəhəri, şəhərdaxili məhəllələr, ayrı-ayrı yaşayış məntəqələrində abadlıq-quruculuq işləri durmadan davam etdirilir, infrastruktur yaxşılaşdırılır, əvvəki görülən müsbət işlərin üstünə yeniləri əlavə olunur. Son aylar həyata keçirilən abadlıq və mədəni quruculuq işləri şəhərin görkəmini xeyli dəyişmişdir. Şəhər müntəzəm olaraq təmizlənir, dezinfeksiya olunur, yaşıllaşdırma işləri aparılır, ağaclar suvarılır, səliqə-sahman yaradılır.

04 avqust 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, sahibkarlar və bir qrup məsul şəxslər şəhərin əsas küçələrindən sayılan Təbriz, Niyazi, Nəsimi küçələrinə baxış keçirmiş, küçələrdə asfalt vurulması işlərİ İlə yerində tanış olmuşlar.

Asfalt döşənəcək ərazidə - küçələrdə xeyli səliqə-sahman işləri görülüb. Sakinlər onlara göstərilən diqqət və qayğıya, xüsusilə "Köhnə bazar" istiqamətindəki asfalt döşəməyə görə növbəti dəfə də rayon rəhbərinə minnətdarlıq ifadə ediblər. Sakinlərlə fərdi qaydada təmas məsafəsində görüşüb söhbət edən rayon rəhbəri koronavirus pandemiyası ilə əlaqədar rayonda karantin rejiminin tələblərinə ciddi əməl olunmasının vacibliyini, hər bir sakinin maska və digər tibbi ləvazimatlardan istifadəsinin zəruri olduğunu bildirib və maskalar paylanıb.

Qeyd edək ki, Masallı şəhərinə daxil olan 18 küçədə asfaltlama işləri yerinə yetiriləcək. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov həmin gün küçələrə baxıb gəzdikdən sonra Viləşçay Park-Bulvar Kompleksindəki son işlərlə tanış olub, inşaatçılara tapşırıqlarını verib.

ƏLİHÜSEN ŞÜKÜROV