Ukrayna və Rusiyanın populyar müğənnisi Nataşa Korolyova depresiyaya düşüb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb onun tezliklə öləcəyi barəsində həkimlərin xəbərdarlıq etməsidir. Mütəxəssislər müəyyənləşdiriblər ki, düzgün həyat tərzi keçirməyən müğənninin orqanizmi taqətdən düşüb. Əgər müğənni tezliklə həyat tərzini dəyişməsə, 5 ildən sonra öləcək.
N. Korolyova diaqnozu iştirak etdiyi telelayihədə öyrənib. Yüksək ixtisaslı həkimlər müğənnini bir neçə həftə müayinə ediblər. Tədqiqatların nəticələri onun ömrünün bitməsinə az qaldığını göstərib.