Abşeron Olimpiya İdman Kompleksi müvəqqəti olaraq modul xəstəxanaya çevrildi

5 Avqust 2020 15:50 (UTC+04:00)

Azərbaycanda 2 Olimpiya İdman Kompleksinin təyinatı müvəqqəti olaraq dəyişdirilir.

SİA-nın məlumatına görə, Abşeron Olimpiya İdman Kompleksi koronavirus pandemiyası ilə mübarizə çərçivəsində modul tipli xəstəxanaya çevrilib.

Xəstəxanın açılış mərasimində iştirak edən Gənclər və İdman Naziri Azad Rəhimov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı modul xəstxanın texniki imkanları, çarpayı sayı ilə bağlı jurnalistlərə məlumat verib.