İranda daha 2697 nәfәr koronavirusa yoluxub

5 Avqust 2020 14:35 (UTC+04:00)

İranda ötәn sutka әrzindә daha 2 697 nәfәr koronavirusa (COVID-19) yoluxub. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bununla da İranda bu virusa yoluxanların sayı 317 483 nәfәrә çatıb. Virus daşıyıcılarından 4 129 nәfәrin vәziyyәti ağırdır. Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 185 nәfәr koronavirusdan ölüb. Belәliklә İranda bu virusdan ölәnlәrin sayı 17 802 nәfәrә yüksәlib.

Nazirlik rәsmisi İranda 274 932 nәfәrin koronavirusdan sağaldığını deyib. Sadat Lari bildirib ki, Tehran, Mazandaran, Gülüstan, Şәrqi Azәrbaycan, Әrdәbil, İsfahan, Әlborz, Rәzәvi Xorasanı, Kirman, Şimali Xorasan, Simnan, Mәrkәzi, Yәzd vә Gilan vilayәtlәri qırmızı zona hesab olunur.

İranda indiyәdәk 2,58 milyondan çox diaqnoz testi hәyata keçirilib.