Ağstafada yanğın

5 Avqust 2020 13:49 (UTC+04:00)

Ağstafa rayonunun Poylu kəndində həyətyanı sahəyə yığılan 7 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.