Trampdan Beyrutdakı partlaşıyla əlaqədar - AÇIQLAMA

5 Avqust 2020 10:23 (UTC+04:00)

"Mən bu barədə bir neçə məşhur generalla danışdım. Onlar da hesab edirlər ki, Beyrutdakı partlayış hücumdur. Bu hansısa bombadır". SİA-nın məlumatına görə, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Livanın paytaxtı Beyrutda baş verən parlayışdan danışarkən deyib.

ABŞ lideri baş verən hadisəni dəhşətli hücum adlandırıb.

Xatırladaq ki, hadisə zamanı 78 nəfər ölüb, 4000-dən çox insan isə yaralanıb.