Beyrutdakı partlayışda erməni əsilli siyasətçi ÖLÜB

5 Avqust 2020 10:12 (UTC+04:00)

Livanın paytaxtı Beyrutda baş verən partlayış zamanı "Kataeb" partiyasının lideri Nizar Najaryan ölüb. SİA-nın məlumatına görə, bu barədə Erməni araşdırmaları elmi-tədqiqat və tədris mərkəzinin böyük elmi isçisi İsmayıl Tanrıverdi məlumat verib.

Qeyd edək ki, Livanın paytaxtı Beyrutda partlayıcı maddələrin saxlanıldığı 12-ci anbarda güclü partlayış baş verib.

İlkin məlumata görə, hadisə zamanı 78 nəfər ölüb, 4000-dən çox adam yaralanıb.