Şəmkirdə 25 yaşlı gənc tanıdığı şəxs tərəfindən bıçaqlanıb

5 Avqust 2020 05:26 (UTC+04:00)

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Morul kəndində qeydə alınıb.

1995-ci il təvəllüdlü Quliyev Sənan Mürşüd oğlu qarnının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 25 yaşlı S.Quliyev tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.