İraqın paytaxtı Bağdadın "yaşıl zona" adlanan ərazisi raket hücumuna məruz qalıb.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxslər tərəfindən atılan raket ABŞ səfirliyinin binası yaxınlığına düşüb.
İnsident nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.