Beyrutda baş verən partlayışda iki Türkiyə vətəndaşı yaralanıb

4 Avqust 2020 23:19 (UTC+04:00)

Beyrutda baş verən partlayışda iki Türkiyə vətəndaşı yaralanıb.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, yüngül xəsarət alan Türkiyə vətəndaşlarının vəziyyəti hazırda normaldır.

Qeyd edək ki, bu gün saat 19:00 radələrində Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güçlü partlayış olub. Partlayış nəticəsində azı 30 nəfər ölüb, yüzlərlə insan yaralanıb.