Qazaxıstanın Livandakı konsulu Beyrutda baş vermiş partlayış nəticəsində xəsarət alıb

4 Avqust 2020 23:40 (UTC+04:00)

Beyrutda baş vermiş partlayış nəticəsində Qazaxıstanın Livandakı konsulu Baqlan Spabek xəsarət alıb, diplomatik nümayəndəliyin binasına zərər dəyib.

SİA xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, diplomatlar yerli hakimiyyətlə operativ əlaqə saxlayaraq Livan ərazisində yerləşən Qazaxıstan vətəndaşlarının vəziyyəti haqqında məlumatlar toplayırlar.