Livanda baş vermiş partlayışın terror aktı olduğu ehtimal edilir

4 Avqust 2020 21:24 (UTC+04:00)

Livanın paytaxtı Beyrutun liman bölgəsində baş vermiş iki güclü partlayışa görə ölkədə matəm elan olunub.

SİA xəbər verir ki, Livan Prezidenti Mişel Naim Aun Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Yaxınlıqdakı binaların dağılması zamanı yaralananların əksəriyyətinin vəziyyəti ağırdır.

"Əl Cəzirə" telekanalının məlumatına görə, ətrafdakı yaşayış binalarında sakinlərin çoxu təxliyə edilməyib. Partlayışların terror aktı olduğu ehtimal edilir.