Bəxtiyar Vahabzadə yaradıcılığı Türkiyənin ədəbiyyat portalında FOTO

4 Avqust 2020 17:41 (UTC+04:00)

Türkiyənin erikagacioyku.com (“Alça ağacı”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin türk dilinə tərcümə edilmiş “Şəhidlər”, “Bilə bildiyin qədər” kimi şeirlərinin yayınına başlayıb.

SİA-nın məlumatına görə, 2015-ci ildən fəaliyyət göstərən portal bu ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının aparıcı nümunələrini işıqlandıran “Azərbaycan ədəbiyyatı” bölməsini açıb. Bölməyə yerləşdirilmiş şeirlər Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında geniş məlumatla təqdim edilir.

Bölmənin, klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, müasir Azərbaycan ədəbiyyatı nümunələrini də mütəmadi olaraq işıqlandıracağı nəzərdə tutulur.