“İnanıram ki, vətəndaşlarımız özlərini və bizləri qoruyacaqlar!” ÖZƏL-MÜNASİBƏT

4 Avqust 2020 16:32 (UTC+04:00)

Bəli, bu gün karantinin uzadılması 4-5 aydır evdə oturan insanlara psixoloji olaraq mənfi təsir edir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova deyib.

Təşkilatın sədri qeyd edib ki, bu psixoloji vəziyyət onlarin dövlətin qısa müddətdə dəniz istirahəti üçün yaradılan şəraitini görməzdən gəlməsinə şərait yaradır.
"Dövlət qısa müddətdə ictimai çimərliklər yaradıb, çimərliklərdə sosial məsafənin qorunması, gigiyenik qaydalara riayət edilməsi üçün bütün şərait yaradılıb. Bu işdə kömək üçün 1000-lərlə könüllülər cəlb edilib. Bilirsiniz bizim vətəndaşlarımız çox kövrək, insansevər, qonaqpərvər insanlardır. Yalnız vətəndaşlarımızda ictimai qınaq yoxdur. Bütün sahələr birdən açılsa inanmıram ki, insanlar bunlara riayət edəcəklər. Avqust ayının yayın son ayı olmasını nəzərə alıb belə bir qərar verilməsi, məncə düz bir qərardır. Karantindən əvvəl birbaşa dənizə gedirdik, elə olurdu ki, yer tapılmırdı, bir neçə saat itirirdik. İndi isə Çimərlik.az saytına daxil olmaqla əvvəlcədən yerimizi bron edib gedəcəyik. Bilirsiz stakanın içində olan suya hər kəs öz rakusundan baxır. Sabahdan icazə sistemi aradan qalxır. Və mən bir vətəndaş kimi evdə müalicə alan COVİD-19 xəstələrinin rahat çöldə gəzməyəcəklərinə inanmıram. Buna necə nəzarət ediləcək. Bizi Avropa dövlətləri ilə müqayisə edirlər. Lakin vətəndaşlarımızı da müqayisə etsinlər. Alman, ingilis, fransız xəstə olduğu halda heç vaxt məsuliyyətsizlik edib evdən çıxmaz. Sosial məsafəni pozduqları halda dərhal ictimai qınağa tuş gələcəklər. İnanıram ki, vətəndaşlarımız yaradılmış bu şəraitdən istifadə edərək özlərini və bizləri qoruyacaqlar!", deyə Ruhiyyə Aslanova bildirib.