Avtomobil yandı

4 Avqust 2020 14:44 (UTC+04:00)

Yardımlı rayonunda "ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.