Hacı Sabir Həsənli Fəttah Heydərovun ailə üzvlərinə başsağlığı verib

4 Avqust 2020 14:23 (UTC+04:00)

Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun vəfatı ilə əlaqədar onun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. SİA-ya daxil olan başsağlığının mətnində deyilir:

“Bu gün yaxın dostum Fəttah müəllim dünyasını dəyişmişdir. O, yüksək mənəvi və insani keyfiyyətlərə sahib, cəmiyyətimizdə hər zaman ağsaqqallığı və müdrikliyi ilə seçilən, dini-mənəvi dəyərlərə ehtiramla yanaşan bir insan idi. Əziz Hacımız həmişə xeyirxahlığı və sadəliyi ilə hamımıza örnək olmuşdur.

Allahdan Fəttah müəllimə rəhmət, ailəsinə səbr diləyirəm”.