“Azərbaycan diasporunun tarixi qələbəsi” ÖZƏL-MÜNASİBƏT

4 Avqust 2020 13:32 (UTC+04:00)

“Son günlərdə beynəlxalq siyasi dairələrin qınaq hədəfinə çevrilmiş Nikol Paşinyan hakimiyyətinin Ermənistan Diasporla İş üzrə Müvəkkil Aparatının 12 nəfər yüksək vəzifəli şəxsləri işdən azad etməsi erməni diasporunun uğursuz fəaliyyətinin təsdiqi idi. Ermənistanın Tovuz istiqamətində təxribatına etiraz olaraq, Azərbaycan diaspora təşkilatlarının dünyanın müxtəlif ölkələrində dinc və icazəli etiraz nümayişi radikal erməni qüvvələrinin aqressiyasını alovlandırdı. Cəmi bir neçə gün ərzində dünyanın siyasi mərkəzlərində, bütün dünyanın gözü önündə erməni lobbisinin əsl terrorçu, nasist siması ifşa olundu”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.

Alyansın sədri qeyd edib ki, digər tərəfdən də bu, Azərbaycan diasporasının tarixi qələbəsi, milli birliyimizin, diaspora ilə dövlət arasında birliyinin yüksək demokratik təməllər üzərində qurulduğunun nümunəvi göstəricisi idi.

“Arka news agency” səhifərində işdən çıxarılan erməni məmurları barədə məlumat dərc olunub. Həmin şəxslər, Ermənistan Diasporla İş üzrə Müvəkkil Aparatının Avropanın erməni icmaları şöbəsinin müdiri Karen Avanesyan, Qərbi Avropadakı erməni icmaları ilə əlaqələr şöbəsinin müdiri Natalya Danielyan, Amerikadakı erməni icmaları ilə əlaqələr şöbəsinin müdiri Gohar Sahakyan, Avstraliyadakı erməni icmaları ilə əlaqələr şöbəsinin müdiri Edqar Hovsepyan, Rusiya, Belarusiya, Ukrayna və Moldovanın erməni icmaları ilə əlaqələr şöbəsinin müdiri Anahit Davtyan, beynəlxalq və kilsə quruluşları ilə əlaqələr şöbəsinin müdiri Knarik Petrosyan, Yaxın və Orta Şərqdəki erməni icmaları şöbəsinin müdiri Levon Antonyan, Yaxın xarici ölkələrin diasporu ilə əlaqələr şöbəsinin müdiri Sirvard Hambaryan, Erməni Apostol və digər kilsə quruluşları ilə əlaqələr şöbəsinin müdiri Vaghinak Vardanyan, Diaspor və İnformasiya Təhlili İdarəsinin müdiri Qriqor Arşakyan və Repatriasiya və Tədqiqat şöbəsinin müdiri Eliz Qevorqyandır”, deyə Nüşabə Məmmədova bildirib.