Triatlonçumuz beynəlxalq reytinq cədvəlində mövqeyini qoruyub

4 Avqust 2020 13:24 (UTC+04:00)

Avropa Triatlon İttifaqı idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.

SİA-nın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində 2414 xalla 20-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinə fransalı Vinsent Luis liderik edir. İlk üçlüyü İspaniya idmançıları Mario Mola və Fernando Alarza qapayırlar.