“Azərreyl”in rəqibi müəyyənləşəcək

4 Avqust 2020 13:21 (UTC+04:00)

Voleybol üzrə avrokubokların 2020/2021-ci il mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

SİA-nın məlumatına görə, mərasim avqustun 21-də keçiriləcək. Püşkatma Avropa Voleybol Konfederasiyasının (CEV) Lüksemburqdakı mənzil-qərargahında təşkil olunacaq.

Mərasimdə kişi və qadınlar arasında Çempionlar Liqası, CEV kuboku və Çağırış kuboku yarışlarının püşkü atılacaq.

Qeyd edək ki, Azərbaycanı avrokuboklarda bir komanda ilə təmsil olunacaq. Bakının qadınlardan ibarət “Azərreyl” klubu Çağırış kuboku yarışlarında mübarizə aparacaq.