"Azadıq" və "Amerikanın səsi" radioları ermənipərəst qüvvələrin təsiri altındadır - MÖVQE ÖZƏL

4 Avqust 2020 12:12 (UTC+04:00)

"Azərbaycanın Milli Ordusu həm təmas xətində, həm də ölkə arası sərhəddə ermənilərin törətdiyi təxribatlara tutarlı cavab alaraq geri oturdulub və həyata keçirmək istədiyi hər bir təxribatın nəticələri düşmənimiz üçün ağır nəticələrlə sonlanıb və həmçinin Azərbaycanın uğurla apardığı xarici siyasəti ölkəmizin ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırmağımıza imkan verib. Qeyd etmək olar ki, dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüynü və münaqişəni BMT TŞ-nın qətnamələri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının dəstəklədiklərini ifadə edirlər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Diaspora təşkilatlarının uğurlu fəaliyyəti sayəsində xarici ölkələrdə qanuna uyğun razılaşdırılmış dinc aksiyalara qarşı erməni terror təşkilatlarının nümayəndələrinin cinayətkar əməllərinin şahidi oluruq: "Bütün bunlar onu deməyimizə imkan verir ki, ermənilər həm beynəlxalq siyasi arenalarda, həm də törətdikləri təxribatlarda Azərbaycana uduzur. Belə bir zamanda ABŞ-ın dövlət büdcəsindən maliyyələşən "Azadlıq", "Amerikanın səsi" radiolarının Azərbaycanla bağlı qərəzli təbliğat apardığını, aqressiv davrandlqlarını müşahidə edirik".

A.Badamov vurğulayıb ki, birinci onu qeyd etmək istəyirəm ki, bu radioların davranışları heç də ABŞ-ın Azərbaycan dövlətinə qarşı mövqeyinin ifadəsi olduğunu düşünmürəm: "Çünki, ABŞ-Azərbaycan əlaqələri strateji xarakter daşıyır və ABŞ ölkəmizin mövqeyini hər zaman dəstəkələyir. Amma bu radioların qərəzli mövqeyi isə onu göstərir ki, "Azadıq" və "Amerikanın səsi" radioları müəyyən dairələrin və ermənipərəst qüvvələrin təsiri altındadır. Bu müəyyən dairələr və ermənipərəst qüvvələr çiçəklənən və güclənən Azərbaycandan qorxurlar. Bu radiolarda heç vaxt bizim kimi ölkələr barəsində obyektiv fikirlərin ifadəsini eşitməmişəm. Bunların özünə uyğun siyasi kursu var ki, bu da ədalətsizliyin və qərəzin üzərində formalaşıb. Dünya ictimaiyyəti Azərbaycanın haqq səsini eşidir və bu radioların qərəzli informasiyaları onlar üçün əsas sayılmır. Çünki, Azadlıq və Amerrikanın səsi radioların məqsədləri bütün dünyaya məlumdur".