Sevinc Osmanqızı kimilərdən istifadə olunur AÇIQLAMA

4 Avqust 2020 12:10 (UTC+04:00)

Soz zamanlar ABŞ-ın dövlət büdcəsindən maliyyələşən "Azadlıq", "Amerikanın səsi" radiolarının Azərbaycanla bağlı qərəzli təbliğat apardığı, aqressiv davrandıqları müşahidə olunur. ABŞ Dövlət Departamentində kök salmış müəyyən şəxslərin diqtəsi ilə ölkəmizə qarşı yeni kampaniyanan təşkil olunmasına cəhdlər göstərilir. Bu işdə AXCP, “Milli Şura”, xaricdə məskunlaşmış bəzi xəyanətkar şəxslərdən – “beşinci kolon”dan istifadə olunur. Bu qrupların xaricdə yaşayan azərbaycanlıların aksiyalarını gözdən salmaq, ictimaiyyətimizin beynəlxalq hüquq-müdafiə təşkilatlarından bu məsələyə obyektiv münasibət göstərmək tələblərinə müxtəlif don geyindirmək cəhdlərini başqa cür izah etmək mümkün deyil.

“Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, dünyaya demokratiyadan, insan haqlarından, ədalətdən dərs keçən bir dövlətin müəyyən dairələrinin belə ədalətsiz mövqeyi hər birimizdə haqlı təəssüf və qəzəb hissi doğurur: “Lakin mən bunu ümumən ABŞ-ın dövlət siyasəti olduğunu düşünmürəm. Amerikanın dövlət strategiyasında Azərbaycana xüsusi önəm verdiyi göz önündədir. Bu ölkə çoxmillətli olması ilə yanaşı, həm də muxtəlif düşüncəli və müxtəlif mövqeli insanların yaşadığı bir ölkədir. Plüralizm bu ölkədə ən pik həddədir. Bundan da ölkədəki anti-Azərbaycan qüvvələr məharətlə yararlanırlar. Xüsusilə, erməni lobbisi. Bilirik ki, tarixən erməni lobbisinin fəaliyyəti iki əsas istiqamətdə qurulub. Birincisi terror təşkilatı ilə terrorlar, təxribatlar törətmək. İkincisi də media qurumlarında güclü mövqe əldə etmək. ABŞ-dakı mətbuat orqanlarında, o cümlədən, “Azadlıq”, “Amerikanın səsi” kimi dünyaca məşhur radio stansiyalarında erməni lobbisinin güclü əli var. Bununla kifayətlənməyib, Sevinc kimiləri də ələ alıb erməni mənafelərinə fəaliyyətə yönləndirirlər. Ermani düşməndir. Tarixən türklərə qarşı əsassız düşmənçilik aparırlar, bunu gənc bəslə də təbliğ edirlər”.

T.Novruzov bildirdi ki, qərəzli radiostansiyalardan, erməni əlində oyuncağa çevrilən Sevinc Osmanqızı kimi sapı özümüzdən olan baltalardan başqa nə gözləmək olar: “Son vaxtlar Azərbaycan və ümumən türk diasporasının ciddi müqaviməti onların yüz illərlə yaratdıqları bu şəbəkəyə kifayət qədər adekvat addımlar atmaqdadır. Əminəm ki, yaxın gələcəkdə biz daha böyük uğurlarımızla belə anti-Azərbaycan qüvvələrin təbliğatını tamamilə alt-üst edə biləcəyik. Buna çox az qalıb”.