Şəkidə 12 ton ot bağlaması yandı

4 Avqust 2020 11:37 (UTC+04:00)

Şəki rayonunun Bolludərə kəndində həyətyanı sahədə yığılan 16 ton ot bağlamasının 12 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.