Gülay bahalı geyimlərindən danışdı FOTOLAR

4 Avqust 2020 14:14 (UTC+04:00)

Müğənni Gülay Zeynallı bahalı libaslar geyinməsi haqda xəbərlərə münasibət bildirib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "Ən bahalı geyiminə nə qədər pul xərcləmisən. Səni hələ də yandırır" sualına belə cavab verib: "Heç də yandırmır. Geyimə pul verəndə narahat olmuram. Həyatda hər zaman ilk özümə hörmət qoymuşam. Allah mənə ruzi verirsə, özümüzə xərcləməyi bacarmalıyıq".