Rusiyaya mǝxsus döyüş tǝyyarǝlǝri İdlibi bombalayıb

4 Avqust 2020 10:21 (UTC+04:00)

Bǝşǝr Әsǝd rejimini dǝstǝklǝyǝn Rusiyanın hücum bombardmançı təyyarələri İdlib zonasındakı bir sıra hədəfləri bombalayıb. Hücum nǝticǝsindǝ 3 mülki vǝtǝndaş hǝlak olub, azı 7 nǝfǝr dǝ yaralanıb. SİA xəbər verir ki, bu barǝdǝ hǝrbi müxaliflǝr mǝlumat yayıb.

Bildirilib ki, Rusiyaya mǝxsus döyüş tǝyyarǝlǝri İdlib deeskalasiya zonası sǝrhǝdlǝri daxilindǝki yaşayış mǝntǝqǝlǝrinǝ zǝrbǝlǝr endirib.