İngiltərədə qəsdən rəqibləri üzərinə öskürən futbolçular oyundan kənarlaşdırılacaq

4 Avqust 2020 05:04 (UTC+04:00)

İngilis futbol liqalarındakı hakimlər, qəsdən rəqibləri və ya matç heyətinin üzərinə öskürən futbolçuları oyundan kənarlaşdırmağa başlaya bilər.

SİA-nın məlumatına görə, bu imkan koronavirus pandemiyası zamanı matç iştiakçılarına aid yeni fərmanda səsləndirilib.

Qeyd edilir ki, hakimlər oyun zamanı oyunçular arasındakı sosial məsafəni qorumaq məcburiyyətində deyillər. Həmçinin meydançaya tüpürən oyunçuları da cəzalandırmaq olmayacaq.