Avropa Liqasının "Kopenhagen"-"Başakşəhər" oyunu üçün hakim təyinatları açıqlanıb

4 Avqust 2020 04:20 (UTC+04:00)

"Başakşəhər"in Avropa Liqasının 1/8 finalında "Kopenhagen"lə cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

SİA UEFA-nın saytına istinadən xəbər verir ki, matçı İtaliya Futbol Federasiyasından Daniele Orsato idarə edəcək. Ona həmyerliləri Lorenzo Manqanelli və Alessandro Qiallatini köməklik edəcək. David Massa dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki "Kopenhagen" - "Başakşəhər" görüşü avqustun 5-i keçiriləcək. Bu komandalar arasında İstanbuldakı ilk qarşılaşmada Türkiyə klubu 1:0 hesabı ilə qalib gəlib.