“Qalatasaray” klubu sabiq futbolçusu Arda Turanı geri qaytarır

3 Avqust 2020 21:34 (UTC+04:00)

Türkiyənin “Qalatasaray” klubu sabiq futbolçusu Arda Turanı geri qaytarır.

SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu sabiq kapitanı ilə razılıq əldə edib.

Ötən mövsümün qış fasiləsində “Qalatasaray”a keçmək üçün “Başakşəhər”dən ayrılan Arda yarım illik gecikmə ilə “sarı-qırmızılar”a qoşulacaq. O, “Qalatasaray”la 2+1 illik müqavilə imzalayacaq.

Anlaşmada dəqiq maaşla bağlı bənd olmayacaq. 33 yaşlı yarımmüdafiəçi iştirak etdiyi hər qarşılaşma üçün 15 min avro alacaq.

Qeyd edək ki, Arda 2004-11-ci illərdə də “Qaıatasaray”ın formasını geyinib.