İspaniyaya xarici turist axını 72 faizə qədər azalıb

4 Avqust 2020 08:13 (UTC+04:00)

Son altı ayda İspaniyaya xarici turist axını 71,7 faiz azalaraq 10.8 milyon nəfər təşkil edib.

SİA xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İnstitutu (İNE) bildirir.

Yanvar-iyun aylarında İspaniyaya 10,8 milyon xarici səyahətçi gəlib ki, bu da bir il əvvəlki dövrdən 71,7 faiz azdır. Ən çox turist İngiltərə (2 milyon, mənfi 75.5 faiz), Fransa (1.4 milyon, mənfi 69.8 faiz) və Almaniyadan (1.3 milyon, mənfi 74.7 faiz) səfər ediblər.

İlin ilk yarısında İspaniyanın ən populyar bölgələri Kanar adaları, Kataloniya və Andalusiya olub.

İyun ayında İspaniyaya gələn xarici qonaqların rekord sayda - 97,7 faiz azalaraq 205 minə taşkil edib. Bu ay ölkəyə ən çox Fransa (65 min), Almaniya (33,7 min) və Hollandiya (12,3 min) turistləri səfər ediblər. Ən çox ziyarət edilən yerlər Kataloniya, Valensiya və Balear olub, əksər müsafirlər səyahətlərini gecə qalmadan keçirməyə üstünlük veriblər.