Tramp: Bu ilin sonunadək ABŞ-da koronavirus əleyhinə vaksinin hazır olacağını düşünürəm

4 Avqust 2020 07:02 (UTC+04:00)

Bu ilin sonunadək ABŞ-da koronavirus əleyhinə vaksinin hazır olacağını düşünürəm.

SİA “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə keçirilən brifinqdə bildirib.

“Bu il vaksinin alınmasında uğurla irəliləyirik. Vaksin üzərində iş zamanı sürət və təhlükəsizlik birləşib”, - deyə Tramp vurğulayıb.