Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi müəyyənləşib

3 Avqust 2020 19:32 (UTC+04:00)

Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

SİA xəbər verir ki, komandanı bundan sonra Mert Nobre çalışdıracaq.

Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Braziliya əsilli türkiyəli mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Türkiyədə "Fənərbaxça", "Beşiktaş", "Ərzurumspor" klublarının formasını geyinmiş Mert Nobrenin son komandası məhz "Gənclərbirliyi" olub.