Pandemiya ilə bağlı yeni portal istifadəyə verildi

3 Avqust 2020 17:32 (UTC+04:00)

"Çimərliklərdəki vəziyyəti, doluluq dərəcəsini analiz etmək üçün vətəndaşlar "cimerlik.az" portalına baxa bilərlər". Bunu Operativ Qərargahın keçirdiyi brifinqdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, çimərliyə getmək üçün xüsusi icazəyə ehtiyac yoxdur: "Portal sadəcə informasiya xarakteri daşıyır. Mövcud vəziyyətlə tanışlıq əldə etmək üçündür. Portalda yer almayan çimərlik monitorinqdən kənar çimərlikdir. Bu, orada hər hansı dezinfeksiyaedici işlər görülməyib deməkdir. Vətəndaşları diqqətli olmağa çağırırıq".