Ölkəyə Uhan şəhərindən mütəxəssislər gətiriləcək

3 Avqust 2020 17:28 (UTC+04:00)

"Təcrübə mübadiləsi proqramı davam etdirilir. Ölkəyə digər dövlətlərdə pandemiyaya qarşı mübarizə aparmış həkimlər gətirilir". Bunu operativ Qərargahın keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin Köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, həmçinin Çinin Uhan şəhərində virusa qarşı mübarizə aparmış mütəxəssislərin də Azərbaycana gəlməsi gözlənilir. Bu barədə işlər aparılır.