"Vaksinlərlə bağlı məsələ araşdırılır" Prezidentin Köməkçisi

3 Avqust 2020 17:25 (UTC+04:00)

"Azərbaycan tərəfindən vaksinlərlə bağlı məsələ araşdırılır. Hansı şirkətlərdə hansı irəliləyişlərin əldə edildiyi ilə bağlı məsələlər ölkəmiz tərəfindən diqqətdə saxlanılır". Bunu operativ Qərargahın keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin Köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, həmçinin araşdırma aparan şirkətlərin əldə etdiyi klinik nəticələr və onun alt fəsadları öyrənilir: "ÜST-ün də açıqladığı kimi araşdırmalar aparan şirkətlər çoxdur. O qeyd edib ki, bu araşdırmalar nəticəsində əldə edilmiş ən unikal vaksin ölkəmiz tərəfindən dəyəndiriləcək".