Rayonlara gediş-gəliş müzakirə olunur

3 Avqust 2020 17:16 (UTC+04:00)

"Rayonlara gediş-gəliş məsələsi hazırda müzakirə olunur". Bunu operativ Qərargahın keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin Köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, yaxın zamanda bununla bağlı qərar verilə bilər: "Məsələ ilə bağlı sanitar-epidemioloji vəziyyət nəzarə alınmaqla qərar veriləcək".