"Hazırda müsbət dinamika müşahidə olunur" HİKMƏT HACIYEV

3 Avqust 2020 17:13 (UTC+04:00)

"Ölkə üzrə sanitar-epidemioloji vəziyyət nəzarətdə saxlanılır. Hazırda müsbət dinamika müşahidə olunur. Bu dinamika nəzərə alınaraq müəyyən yumşalmaya gedilmişdir". Bunu operativ Qərargahın keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin Köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, müsbət dinamikanın saxlanılması üzün səylərimizi davam etdirməliyik: "Müşahidələr onu göstərir ki, yumşalmalardan sonra Cənub-Şərqi bölgələrdə nəinki ikinci, üçüncü dalğa gözlənilir. Avropa ölkələrində də həmçinin yumşalmalardan sonra yoluxma hallarımın yenidən artdığı müşahidə olunur".