Müdafiə Nazirliyi vətəndaşlara çağırış etdi

3 Avqust 2020 15:35 (UTC+04:00)

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "Twitter" hesabı açılıb. Bu barədə SİA-yaMüdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabı bu linkdədir: (https://twitter.com/wwwmodgovaz)", - məlumatda qeyd olunub.