İtaliya Azərbaycana tibbi missiya göndərir

3 Avqust 2020 14:40 (UTC+04:00)

İtaliya Mülki Müdafiə Departamenti koronavirus pandemiyası ilə mübarizə çərçivəsundə Azərbaycana tibbi missiya göndərir.

SİA-nın məlumatına görə, bu barədə qurumun "Twitter" səhifəsində bildirilib.

Qeyd olunur ki, departament Azərbaycana 11 nəfərdən ibarət heyət yola salır: "İtaliya koronavirusla mübarizənin mərhələləri ilə üzləşən ölkələrə yardımını davam etdirir. Hər zaman ön xətdə olan tibb işçilərimizə təşəkkürümüzü bildiririk".