Hakkarinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsi olub

3 Avqust 2020 13:40 (UTC+04:00)

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsi olub. SİA-nın məlumatına görə, sərnişin avtomobili uçuruma yuvarlanıb.

Nəticədə, 6 nəfər həlak olub.

Yüksekova valisinin verdiyi ilkin məlumata görə, ölənlər müəllimdir.