Dövlət Rəsm Qalereyasının “+5C” adlı yeni virtual layihəyəsi davam edir

3 Avqust 2020 12:36 (UTC+04:00)

Azərbaycan Dövlət Rəsm Qalereyasının “+5C” adlı yeni virtual layihəyəsi davam edir. Qalereyadan SİA-ya bildirilib ki, sənətsevərlər layihənin növbəti proqramında da xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində Azərbaycan incəsənətini əhatə edən onlayn bilik yarışmasında iştirak etməklə yanaşı, həm də 5 suala cavab verib, hədiyyə də qazanıblar.

Virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının instagram (@azgallery.az) sosial media hesabı vasitəsilə qoşulub, iştirak etmək mümkündür.

Yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 077-717-33-37 “whatsapp” nömrəsi ilə əlaqə saxlaya bilərlər.