Egey dənizinin Foça sahillərində kiçik gəmi batıb - Ölənlər var

3 Avqust 2020 09:35 (UTC+04:00)

Ötən gecə Türkiyədə İzmir şəhəri yaxınlığında, Egey dənizinin Foça sahillərində kiçik gəmi batıb.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, güclü dalğa səbəbindən batan gəmidə olan 5 nəfər boğularaq ölüb. Onlardan 3-nün uşaq oduğu bildirilib.

Faktla bağlı araşdırmalar başlayıb. Gəmidə xilasetmə vasitələrinin olmadığı iddia edilib.