Misirdə mikroavtobus kanala aşıb, 8 nəfər ölüb

3 Avqust 2020 02:36 (UTC+04:00)

Misirdə mikroavtobus kanala aşıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, insident Əl-Maryutiya rayonunda, Giza piramidaları yaxınlığında baş verib.

Məlumata əsasən, hadisə nəticəsində 8 nəfər həlak olub, 7 nəfəri xilas etmək mümkün olub.

Qeyd edilir ki, mikroavtobusun kanala aşmasına sürücünün idarəetməni itirməsi səbəb olub.