Qazaxda minik maşınının aşması nəticəsində 3 gənc yaralanıb

2 Avqust 2020 19:38 (UTC+04:00)

Qazaxda yol nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Ürkməzli kəndində qeydə alınıb. Hərəkətdə olan “Opel” markalı minik maşınının sürücüsü idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 23 yaşlı Allahveridyev Natiq və onun həmyaşıdları - Osmanov Amil və Alıyev Təyyar xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.