Türkiyədə koronavirusdan sağalanların sayı 216 min nəfəri ötüb

2 Avqust 2020 22:12 (UTC+04:00)

Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. SİA-nın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 728 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 987 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 232 856 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 216 494 nəfər təşkil edir.