Əfqanıstanda güclü partlayış baş verib

2 Avqust 2020 20:05 (UTC+04:00)

Əfqanıstanın Nanqarhar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərində güclü partlayış baş verib. SİA-nın "TASS"a istinadən verdiyi məlumata görə, şəhərin dördüncü rayonunda yerləşən həbsxananın yaxınlığında terrorçu-intiharçı partlayıcı maddələrlə dolu avtomobili partladıb.

Terror aktı nəticəsində 1 nəfər ölüb, 18 nəfər isə yaralanıb.