Rusiyada yanacaq tankeri təyyarəyə çırpıldı

2 Avqust 2020 15:38 (UTC+04:00)

Rusiyada yanacaq tankeri təyyarəyə çırpılıb. SİA-nın verdiyi məlumata görə, hadisə Moskvanın Şeremetovo hava limanında qeydə alınıb. Hadisə uçuş üçün gözləmə meydançasında dayanan təyyarə ilə öz zolağından çıxan yanacaq tankerinin toqquşması zamanı baş verib. Xoşbəxtlikdən partlayış baş verməyib. Təyyarə təmirə göndərilib və uçuş siyahısından çıxarılıb.