Daha 208 nәfәr koronavirusdan öldü İranda

2 Avqust 2020 15:15 (UTC+04:00)

İranda son sutka ərzində 2685 nəfər koronavirusa yoluxub. SİA-nın verdiyi məlumata görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 309 min 437 nəfərdir. Pandemiya qurbanlarının sayı 208 nəfər artaraq 17 min 190-a yüksəlib. İndiyə qədər 268 102 xəstə sağalıb.